
Azərbaycan Tibb Universitetində magistr hazırlığı müvafiq ixtisas və ixtisaslaşmalar üzrə həyata keçirilir. Proqramlar ixtisas üzrə biliklərin dərinləşdirilməsinə, peşəkar bacarıqların və elmi məlumatları təhlil etmək səriştələrinin inkişafına yönəlir.
Bu bölmədə ixtisaslaşmaların məqsədi, tədris istiqamətləri, təcrübə və elmi fəaliyyət, eləcə də məzunların fəaliyyət sahələri haqqında məlumat təqdim olunur. Marağınıza uyğun ixtisaslaşmanı seçərək onun təqdimatı və əlaqəli tədris sənədləri ilə tanış ola bilərsiniz.
Cari il üzrə qəbul və qeydiyyat məlumatları universitetin müvafiq elanlarında təqdim olunur. Proqram sənədləri qəbul ilinə uyğun seçilməlidir.
