
Kardiopulmonar fizioterapiya ixtisaslaşması ürək-damar və tənəffüs sistemi xəstəlikləri zamanı fiziki dözümlülüyün, hərəkət və funksional imkanların qiymətləndirilməsi, bərpası və inkişaf etdirilməsi istiqamətlərini əhatə edir.
Magistr hazırlığının məqsədi fizioterapevtik qiymətləndirmə, fərdi reabilitasiya məqsədlərinin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan müdaxilələrin seçilməsi və nəticələrin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı fiziki fəaliyyətin təhlükəsiz təşkili, gündəlik fəaliyyət imkanlarının və həyat keyfiyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilir.
