Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- idman hərəkətlərinin funksional anatomiyası və biomexanikası;
- məşq fiziologiyası və fiziki yükə uyğunlaşma;
- müxtəlif idman növlərində zədələnmə mexanizmləri və risk amilləri;
- idman zədələnmələrində fizioterapevtik qiymətləndirmə və klinik qərarvermə;
- ağrının, oynaq hərəkətliliyinin, əzələ gücünün və dözümlülüyün qiymətləndirilməsi;
- tarazlıq, koordinasiya, propriosepsiya və hərəkət nəzarətinin qiymətləndirilməsi;
- əzələ, vətər, bağ və oynaq zədələnmələrində mərhələli reabilitasiya;
- idmanla əlaqəli əməliyyatlardan sonra funksional bərpa;
- terapevtik məşqlər, güc, dözümlülük və sinir-əzələ təlimi;
- manual terapiya və fiziki amillərin tətbiqinin elmi əsasları və məhdudiyyətləri;
- idman növünə uyğun funksional tapşırıqlar və hərəkət təlimi;
- məşq yükünün, yorğunluğun və bərpa göstəricilərinin izlənməsi;
- idmana qayıdış üçün funksional meyarlar və qiymətləndirmə üsulları;
- təkrar zədələnmə riskinin azaldılması və profilaktik məşq proqramları;
- idmançının maarifləndirilməsi və fərdi məşq proqramlarının hazırlanması;
- reabilitasiya nəticələrinin sənədləşdirilməsi və təhlili.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.