
İdmanda fizioterapiya ixtisaslaşması idmanla məşğul olan şəxslərin hərəkət və funksional imkanlarının qiymətləndirilməsi, zədələnmə risklərinin azaldılması, zədələrdən sonra funksional bərpa və idmana qayıdış prosesinin öyrənilməsini əhatə edir.
Magistr hazırlığının məqsədi idman zədələnmələri zamanı fizioterapevtik qiymətləndirmə, fərdi reabilitasiya məqsədlərinin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan müdaxilələrin seçilməsi və nəticələrin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı idman növünün tələblərinə, fiziki yükə uyğunlaşmaya və idmana təhlükəsiz qayıdışın dəstəklənməsinə xüsusi diqqət yetirilir.
