
Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:
- fitoterapiyanın elmi əsasları və bitki mənşəli dərman vasitələrinin xüsusiyyətləri;
- dərman bitkilərinin bioloji fəal maddələri və onların farmakoloji əhəmiyyəti;
- bitki mənşəli preparatların tərkibi, dərman formaları və alınma prinsipləri;
- bitki mənşəli dərman vasitələrinin keyfiyyətinin qiymətləndirilməsi və standartlaşdırılması;
- müxtəlif xəstəliklərdə fitoterapevtik vasitələrin istifadəsinə dair elmi sübutlar;
- istifadə göstərişləri, əks-göstərişlər və arzuolunmaz təsirlər;
- bitki mənşəli preparatların digər dərman vasitələri ilə qarşılıqlı təsirləri;
- xüsusi pasiyent qruplarında istifadənin xüsusiyyətləri və məhdudiyyətləri;
- bitki mənşəli dərman vasitələri ilə qida əlavələrinin fərqləndirilməsi;
- əczaçılıq məsləhəti, təhlükəsiz istifadə və farmakonəzarət.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.
