
Əczaçılıq texnologiyası ixtisaslaşması dərman vasitələrinin tərkibinin və hazırlanma texnologiyasının işlənib hazırlanmasına, texnoloji proseslərin təkmilləşdirilməsinə və hazır məhsulun keyfiyyətinin qiymətləndirilməsinə yönəlir.
Magistr hazırlığının məqsədi dərman formalarının yaradılması, dərman və köməkçi maddələrin seçilməsi, texnoloji əməliyyatların əsaslandırılması, sabitliyin və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
