Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- anesteziologiya, reanimatologiya və intensiv terapiyanın tibb bacısı (qardaşı) işi baxımından əsasları;
- kritik vəziyyətdə olan pasiyentin vəziyyətinin və qulluq ehtiyaclarının qiymətləndirilməsi;
- fərdi qulluq planının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi;
- pasiyentin anesteziyaya hazırlanması və anesteziya komandası ilə əməkdaşlıq;
- anesteziya zamanı və anesteziyadan sonrakı dövrdə müşahidə və qulluq;
- həyati göstəricilərin monitorinqi, dəyişikliklərin müəyyənləşdirilməsi və bildirilməsi;
- tənəffüsün dəstəklənməsi və süni ağciyər ventilyasiyası alan pasiyentlərə qulluq prinsipləri;
- reanimasiya tədbirlərində peşə səriştələri çərçivəsində iştirak;
- ağrının, sedasiya səviyyəsinin və şüur vəziyyətinin qiymətləndirilməsi;
- dərmanların və infuziyaların təyinat əsasında təhlükəsiz tətbiqi və təsirlərinin izlənməsi;
- maye balansının, qidalanmanın və ifrazatın izlənməsi;
- damar kateterləri, drenajlar və digər tibbi cihazlarla bağlı qulluq və təhlükəsizlik;
- infeksiyaların profilaktikası, aseptika və antiseptika prinsipləri;
- təzyiq zədələrinin və uzunmüddətli hərəkətsizliklə əlaqəli ağırlaşmaların profilaktikası;
- pasiyentin təhlükəsiz daşınması və növbələrarası məlumat ötürülməsi;
- pasiyent və ailəsi ilə ünsiyyət, psixoloji dəstək və etik davranış;
- intensiv qulluq xidmətinin təşkili, keyfiyyət göstəriciləri, audit və hesabatlılıq.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.