Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

Təcili tibbdə tibb bacısı (qardaşı) işi *Tibb bacısı (qardaşı) işi ixtisasına* aid ixtisaslaşmadır.

*Baza kafedrası:* Təcili tibb kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, simulyasiya və klinik halların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında həyata keçirilir. Tədris zamanı ilkin qiymətləndirmə, yardım prioritetlərinin müəyyənləşdirilməsi, vəziyyətin təkrar qiymətləndirilməsi, komanda daxilində məlumat mübadiləsi və sənədləşdirmə bacarıqları inkişaf etdirilir.