
Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:
- əmək sağlamlığının əsas prinsipləri və işlə sağlamlıq arasındakı əlaqə;
- əmək prosesinin fizioloji xüsusiyyətləri, iş yükü və yorğunluq;
- iş mühitində fiziki, kimyəvi və bioloji risk amilləri;
- səs-küy, vibrasiya, mikroiqlim, işıqlandırma və şüalanma amillərinin qiymətləndirilməsi;
- toz, aerozol və kimyəvi maddələrə peşə məruzqalması;
- peşə toksikologiyasının əsasları;
- iş yerlərində təhlükələrin müəyyənləşdirilməsi və sağlamlıq risklərinin qiymətləndirilməsi;
- iş mühiti göstəricilərinin ölçülməsi və nəticələrin şərhi;
- erqonomika, iş yerinin təşkili və dayaq-hərəkət sistemi ilə bağlı risklər;
- növbəli iş, iş və istirahət rejimi;
- psixososial risklər, işlə əlaqəli stress və peşə tükənməsi;
- peşə xəstəlikləri və işlə əlaqəli xəstəliklərin profilaktikası;
- işçilərin sağlamlıq vəziyyətinin izlənməsinin prinsipləri;
- risklərin aradan qaldırılması və azaldılması üzrə tədbirlərin seçilməsi;
- fərdi və kollektiv mühafizə vasitələrinin rolu;
- iş yerində sağlamlığın təşviqi və işçilərin maarifləndirilməsi;
- əmək sağlamlığı üzrə məlumatların sənədləşdirilməsi və təhlili.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.
