Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- dərman maddələrinin molekulyar və hüceyrə səviyyəsində təsir mexanizmləri;
- farmakodinamika və doza–təsir əlaqələri;
- farmakokinetika: sorulma, paylanma, metabolizm və xaric olunma;
- müxtəlif dərman qruplarının farmakoloji xüsusiyyətləri;
- dərmanların qarşılıqlı təsirləri və arzuolunmaz təsirləri;
- farmakoloji tədqiqatların planlaşdırılması və eksperimental modellərin seçilməsi;
- dərman namizədlərinin klinikayaqədər qiymətləndirilməsi prinsipləri;
- klinik tədqiqatların əsasları və elmi sübutların qiymətləndirilməsi;
- dərman təhlükəsizliyi və farmakonəzarətin əsasları.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.