Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

İdmanda fizioterapiya *Fizioterapiya ixtisasına* aid ixtisaslaşmadır.

Baza kafedrası: Fizioterapiya və tibbi reabilitasiya kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, klinik halların və idman hərəkətlərinin təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında təşkil olunur. Tədris zamanı funksional qiymətləndirmə, reabilitasiya proqramlarının planlaşdırılması, fiziki yükə cavabın izlənməsi və idmançı, məşqçi və multidissiplinar komanda ilə əməkdaşlıq bacarıqları inkişaf etdirilir.