
Ətraf mühit və sağlamlıq ixtisaslaşması ətraf mühit amillərinin insan sağlamlığına təsirinin öyrənilməsi, sağlamlıq risklərinin qiymətləndirilməsi və onların azaldılmasına yönələn profilaktik tədbirlərin hazırlanması istiqamətlərini əhatə edir.
Magistr hazırlığının məqsədi hava, su, torpaq və yaşayış mühiti ilə əlaqəli sağlamlıq problemlərinin təhlili, məruzqalmanın qiymətləndirilməsi və elmi sübutlara əsaslanan həllərin hazırlanması üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı həssas əhali qruplarının qorunmasına, sağlam yaşayış mühitinin formalaşdırılmasına və müxtəlif sahələrin mütəxəssisləri ilə əməkdaşlığa xüsusi diqqət yetirilir.
