
Epidemiologiya *İctimai səhiyyə ixtisasına* aid ixtisaslaşmadır.
*Baza kafedrası:* Epidemiologiya və biostatistika kafedrası.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Magistr hazırlığı nəzəri tədrisi, praktiki məşğələləri, epidemioloji məlumatların və situasiyaların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
Praktiki hazırlıq zamanı tədqiqat suallarının formalaşdırılması, uyğun tədqiqat dizaynının seçilməsi, məlumatların toplanması və təhlili, epidemioloji göstəricilərin şərhi və nəticələrin təqdim edilməsi üzrə bacarıqlar inkişaf etdirilir.
