
Ətraf mühit və sağlamlıq *İctimai səhiyyə ixtisasına* aid ixtisaslaşmadır.
Baza kafedrası: Qidalanma və tibbi ekologiya kafedrası.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, ətraf mühitlə əlaqəli sağlamlıq problemlərinin təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında təşkil olunur. Tədris zamanı ətraf mühit məlumatlarının təhlili, məruzqalma yollarının müəyyənləşdirilməsi, sağlamlıq risklərinin qiymətləndirilməsi və profilaktik tədbirlərin əsaslandırılması üzrə bacarıqlar inkişaf etdirilir.
