Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- dərman formalarının layihələndirilməsi və tərkibinin əsaslandırılması;
- dərman və köməkçi maddələrin texnoloji xüsusiyyətləri və qarşılıqlı təsirləri;
- bərk, maye və yumşaq dərman formalarının hazırlanması;
- steril dərman vasitələrinin texnologiyası və istehsal şəraitinə dair tələblər;
- təbii mənşəli xammaldan ekstraktların və dərman formalarının alınması;
- əczaçılıq texnologiyasında əsas əməliyyatlar və avadanlıqlar;
- texnoloji proseslərin optimallaşdırılması və istehsal miqyasına keçirilməsi;
- yaxşı istehsalat təcrübəsi (GMP), keyfiyyətin layihələndirilməsi (QbD) və proseslərin validasiyası;
- dərman formalarının keyfiyyət göstəriciləri, sabitliyi, qablaşdırılması və saxlanması.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.