Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Epidemiologiya ixtisaslaşması xəstəliklərin və sağlamlıqla əlaqəli hadisələrin əhali arasında yayılmasının, onların yaranmasına təsir edən amillərin və qarşısının alınması yollarının öyrənilməsini əhatə edir.

Magistr hazırlığının məqsədi epidemioloji problemlərin müəyyənləşdirilməsi, tədqiqatların planlaşdırılması, məlumatların təhlili və elmi sübutlara əsaslanan profilaktik tədbirlərin hazırlanması üzrə bilik və bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı həm yoluxucu, həm də qeyri-yoluxucu xəstəliklərin epidemiologiyasına, epidemioloji nəzarətə və əhali sağlamlığı göstəricilərinin qiymətləndirilməsinə xüsusi diqqət yetirilir.