Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Pediatriyada fizioterapiya ixtisaslaşması uşaqların yaş və inkişaf xüsusiyyətləri nəzərə alınmaqla hərəkət və funksional imkanlarının qiymətləndirilməsi, inkişafının dəstəklənməsi və reabilitasiya ehtiyaclarının öyrənilməsini əhatə edir.

Magistr hazırlığının məqsədi uşaqlarda fizioterapevtik qiymətləndirmə, fərdi reabilitasiya məqsədlərinin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan müdaxilələrin seçilməsi və nəticələrin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı uşağın gündəlik fəaliyyətlərdə iştirakına, müstəqilliyinin dəstəklənməsinə və ailə ilə əməkdaşlığa xüsusi diqqət yetirilir.