
Əczaçılıq fitoterapiyası ixtisaslaşması bitki mənşəli dərman vasitələrinin tərkibinin, farmakoloji xüsusiyyətlərinin, keyfiyyətinin və təhlükəsiz istifadəsinin elmi əsaslarının öyrənilməsinə yönəlir.
Magistr hazırlığının məqsədi bitki mənşəli preparatların qiymətləndirilməsi, onların istifadəsinə dair elmi sübutların təhlili, mümkün qarşılıqlı təsirlərin və risklərin müəyyənləşdirilməsi, eləcə də əczaçılıq məsləhətinin verilməsi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
