
Mikrobiologiya ixtisaslaşması mikroorqanizmlərin quruluşunun, həyat fəaliyyətinin, genetik və biokimyəvi xüsusiyyətlərinin, ətraf mühit və insan orqanizmi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsini əhatə edir.
Magistr hazırlığının məqsədi mikrobioloji tədqiqatların planlaşdırılması, uyğun laborator üsulların seçilməsi və tətbiqi, mikroorqanizmlərin aşkarlanması və identifikasiyası, eksperimental nəticələrin qiymətləndirilməsi və elmi şərhi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
