
Mikroorqanizmlərin quruluşunun, həyat fəaliyyətinin, genetik və biokimyəvi xüsusiyyətlərinin, ətraf mühit və insan orqanizmi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsini əhatə edir. Hazırlıq mikrobioloji tədqiqat üsullarının tətbiqi, mikroorqanizmlərin aşkarlanması və identifikasiyası, nəticələrin qiymətləndirilməsi və laboratoriya təhlükəsizliyi üzrə bacarıqların inkişafına yönəlir.
Hər bir ixtisaslaşmanın məqsədi, tədrisin təşkili, tədris məzmunu, təcrübə və elmi fəaliyyət, eləcə də məzunların səriştələri və fəaliyyət sahələri haqqında məlumatla müvafiq alt səhifədə tanış ola bilərsiniz.
