
Anesteziologiya-reanimatologiya və intensiv terapiyada tibb bacısı (qardaşı) işi ixtisaslaşması anesteziya zamanı, reanimasiya tədbirləri çərçivəsində və intensiv terapiya şəraitində pasiyentlərə qulluğun qiymətləndirilməsi, planlaşdırılması və təşkili istiqamətlərini əhatə edir.
Magistr hazırlığının məqsədi kritik vəziyyətdə olan pasiyentlərə elmi sübutlara əsaslanan qulluq, həyati göstəricilərin izlənməsi, vəziyyətdəki dəyişikliklərin vaxtında müəyyənləşdirilməsi, pasiyent təhlükəsizliyi və xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə bilik və bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı klinik düşünmə, operativ və dəqiq ünsiyyət, multidissiplinar komanda ilə əməkdaşlıq və peşə məsuliyyətinə xüsusi diqqət yetirilir.
