Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

Anesteziologiya-reanimatologiya və intensiv terapiyada tibb bacısı (qardaşı) işi *Tibb bacısı (qardaşı) işi ixtisasına* aid ixtisaslaşmadır.

*Baza kafedrası:* Anesteziologiya, reanimatologiya, intensiv terapiya kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, klinik halların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi və nəzarəti altında həyata keçirilir. Tədris zamanı pasiyentin vəziyyətinin və qulluq ehtiyaclarının qiymətləndirilməsi, qulluq prioritetlərinin müəyyənləşdirilməsi, fərdi qulluq planının hazırlanması, nəticələrin izlənməsi və sənədləşdirilməsi üzrə bacarıqlar inkişaf etdirilir.