Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

Pediatriyada fizioterapiya *Fizioterapiya ixtisasına* aid ixtisaslaşmadır.

*Baza kafedrası:* Fizioterapiya və tibbi reabilitasiya kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, klinik halların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında təşkil olunur. Tədris zamanı uşağın inkişaf və funksional vəziyyətinin qiymətləndirilməsi, reabilitasiya proqramlarının planlaşdırılması, nəticələrin izlənməsi və multidissiplinar komanda ilə əməkdaşlıq bacarıqları inkişaf etdirilir.