
Tətbiqi ictimai səhiyyə *İctimai səhiyyə ixtisasına* aid ixtisaslaşmadır.
*Baza kafedrası:* İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, ictimai səhiyyə problemlərinin və situasiyaların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında təşkil olunur. Tədris zamanı əhali sağlamlığının qiymətləndirilməsi, məlumatlarla işləmə, profilaktik proqramların hazırlanması və müxtəlif sahələrin mütəxəssisləri ilə əməkdaşlıq bacarıqları inkişaf etdirilir.
