
Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:
- klinik əczaçılıq və əczaçılıq qayğısının əsasları;
- müxtəlif xəstəliklərdə farmakoterapiyanın qiymətləndirilməsi;
- klinik farmakokinetika və dərman dozalarının fərdiləşdirilməsi prinsipləri;
- dərman müalicəsində effektivlik və təhlükəsizliyin izlənilməsi;
- dərman qarşılıqlı təsirləri, arzuolunmaz təsirlər və dərman istifadəsi ilə bağlı problemlər;
- xüsusi pasiyent qruplarında dərman istifadəsinin xüsusiyyətləri;
- dərman anamnezinin toplanması və dərman siyahılarının uzlaşdırılması;
- pasiyentin məlumatlandırılması və müalicəyə riayət etməsinin dəstəklənməsi;
- sübuta əsaslanan dərman məlumatı, farmakonəzarət və farmakoiqtisadi qiymətləndirmənin əsasları.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.
