Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

Səhiyyə menecmenti *Menecment ixtisasına* aid ixtisaslaşmadır.

Baza kafedrası: İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, situasiya tapşırıqlarının təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Tədris zamanı səhiyyə müəssisələrinin fəaliyyətinə dair nümunələr, təşkilati məsələlər və iqtisadi hesablamalar əsasında magistrantların analitik düşünmə, planlaşdırma və qərarvermə bacarıqları inkişaf etdirilir.