
Əczaçılıq kosmetologiyası ixtisaslaşması kosmetik məhsulların tərkibinin, hazırlanma texnologiyasının, keyfiyyətinin və təhlükəsizliyinin öyrənilməsinə yönəlir.
Magistr hazırlığının məqsədi kosmetik məhsullar üçün fəal və köməkçi komponentlərin seçilməsi, tərkibin və texnologiyanın işlənib hazırlanması, sabitlik və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, eləcə də məhsulun təyinatına uyğun istifadəsi barədə elmi əsaslandırılmış məlumatın təqdim edilməsi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
