Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:
- cərrahi xəstəliklərin və cərrahi müdaxilələrin tibb bacısı (qardaşı) işi baxımından öyrənilməsi;
- cərrahi pasiyentin vəziyyətinin və qulluq ehtiyaclarının qiymətləndirilməsi;
- fərdi qulluq planının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi;
- pasiyentin əməliyyata fiziki və psixoloji hazırlanması;
- əməliyyat otağında işin təşkili və təhlükəsiz qulluq prinsipləri;
- aseptika, antiseptika və cərrahi sahə infeksiyalarının profilaktikası;
- əməliyyatdan sonrakı müşahidə və həyati göstəricilərin izlənməsi;
- ağrının qiymətləndirilməsi və təyin olunmuş ağrıkəsici müalicə zamanı qulluq;
- cərrahi yaralara qulluq, sarğılar və sağalma prosesinin izlənməsi;
- drenaj, kateter və stoması olan pasiyentlərə qulluq;
- maye balansının, qidalanma vəziyyətinin və ifrazatın izlənməsi;
- dərmanların və infuziyaların təyinat əsasında təhlükəsiz tətbiqi;
- erkən hərəkətlənmənin dəstəklənməsi, təzyiq zədələrinin və hərəkətsizliklə əlaqəli ağırlaşmaların profilaktikası;
- qanaxma, infeksiya və digər ağırlaşma əlamətlərinin vaxtında müəyyənləşdirilməsi və müvafiq mütəxəssisə bildirilməsi;
- pasiyentin və ailəsinin maarifləndirilməsi, evə yazılmaya hazırlıq və qulluğun davamlılığı;
- cərrahi qulluq xidmətinin təşkili, keyfiyyət göstəriciləri, audit və hesabatlılıq.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.