
Toksikoloji kimya ixtisaslaşması toksik təsir göstərə bilən maddələrin, onların çevrilmə məhsullarının və müxtəlif obyektlərdə kimyəvi analiz üsullarının öyrənilməsinə yönəlir.
Magistr hazırlığının məqsədi toksikoloji əhəmiyyətli maddələrin bioloji materiallardan və digər nümunələrdən ayrılması, identifikasiyası və miqdari təyini, analiz nəticələrinin qiymətləndirilməsi və sənədləşdirilməsi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
