
Klinik (tibbi) psixologiya ixtisaslaşması psixoloji amillərin sağlamlıq və xəstəliklə əlaqəsinin, insanın emosional, koqnitiv və davranış xüsusiyyətlərinin, eləcə də psixoloji qiymətləndirmə və yardım yanaşmalarının öyrənilməsini əhatə edir.
Magistr hazırlığının məqsədi psixoloji çətinliklərin elmi əsaslarla qiymətləndirilməsi, sağlamlıqla bağlı psixoloji ehtiyacların müəyyənləşdirilməsi, uyğun yardım yanaşmalarının seçilməsi və tədqiqat nəticələrinin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
