
Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:
- sinir sisteminin funksional anatomiyası və hərəkətin idarə olunması;
- neyroplastiklik və motor öyrənmənin əsasları;
- nevroloji xəstəlik və zədələnmələr zamanı hərəkət və funksional pozuntular;
- əzələ gücünün, tonusun, hissiyyatın və oynaq hərəkətliliyinin qiymətləndirilməsi;
- tarazlıq, koordinasiya, postural nəzarət və yerişin qiymətləndirilməsi;
- gündəlik fəaliyyət imkanlarının və reabilitasiya ehtiyaclarının müəyyənləşdirilməsi;
- insult, kəllə-beyin və onurğa beyni zədələnmələri zamanı fizioterapiya yanaşmaları;
- Parkinson xəstəliyi, dağınıq skleroz və digər nevroloji vəziyyətlərdə funksional reabilitasiya;
- terapevtik məşqlər, funksional tapşırıqlar və yeriş təlimi;
- köməkçi hərəkət vasitələrinin seçilməsi və istifadəsinin qiymətləndirilməsi;
- yıxılma riskinin qiymətləndirilməsi və profilaktik yanaşmalar;
- pasiyent və ailənin maarifləndirilməsi, ev proqramlarının hazırlanması;
- funksional nəticələrin ölçülməsi və reabilitasiya proqramının yenidən qiymətləndirilməsi.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.
