Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- təcili tibbi yardım xidmətinin təşkili və tibb bacısı (qardaşı) işinin xüsusiyyətləri;
- təcili və təxirəsalınmaz vəziyyətlərin tanınması;
- pasiyentin ilkin və təkrar qiymətləndirilməsi;
- triaj prinsipləri və yardım prioritetlərinin müəyyənləşdirilməsi;
- həyati göstəricilərin, şüur səviyyəsinin və ağrının qiymətləndirilməsi;
- tənəffüs və qan dövranı pozuntuları zamanı qulluq və müşahidə;
- əsas həyat dəstəyi və reanimasiya komandasında fəaliyyət;
- travmalar, qanaxmalar və şok vəziyyətlərində yardımın təşkilində iştirak;
- kəskin nevroloji, ürək-damar və metabolik vəziyyətlərdə qulluq;
- zəhərlənmələr, yanıqlar və ətraf mühit amilləri ilə əlaqəli təcili vəziyyətlər;
- müxtəlif yaş qruplarında təcili qulluq xüsusiyyətləri;
- təcili müayinə və müdaxilələrə hazırlıq və onların aparılmasına yardım;
- dərmanların və infuziyaların təyinat və müvafiq protokollar əsasında təhlükəsiz tətbiqi;
- infeksiyaların profilaktikası və fərdi qoruyucu vasitələrdən istifadə;
- pasiyentin təhlükəsiz daşınması və təhvil verilməsi;
- kütləvi hadisələr və fövqəladə vəziyyətlərdə komanda fəaliyyətinin prinsipləri;
- pasiyent və ailəsi ilə böhran şəraitində ünsiyyət və psixoloji dəstək;
- təcili qulluq prosesinin sənədləşdirilməsi, keyfiyyət göstəriciləri və audit.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.