Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Ortopediyada fizioterapiya ixtisaslaşması dayaq-hərəkət sisteminin xəstəlikləri, zədələnmələri və əməliyyatlardan sonrakı vəziyyətlərdə hərəkət və funksional imkanların qiymətləndirilməsi, bərpası və inkişaf etdirilməsi istiqamətlərini əhatə edir.

Magistr hazırlığının məqsədi fizioterapevtik qiymətləndirmə, fərdi reabilitasiya məqsədlərinin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan müdaxilələrin seçilməsi və nəticələrin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı ağrının idarə olunmasına, hərəkət məhdudiyyətlərinin azaldılmasına və gündəlik fəaliyyətlərə qayıdışın dəstəklənməsinə xüsusi diqqət yetirilir.