
Təcili tibbdə tibb bacısı (qardaşı) işi ixtisaslaşması təcili və təxirəsalınmaz vəziyyətlərdə pasiyentin ilkin qiymətləndirilməsi, qulluq ehtiyaclarının və yardım prioritetlərinin müəyyənləşdirilməsi, vaxtında və təhlükəsiz yardımın təşkilində iştirak istiqamətlərini əhatə edir.
Magistr hazırlığının məqsədi təcili vəziyyətlərin tanınması, pasiyentin vəziyyətinin izlənməsi, elmi sübutlara əsaslanan qulluq tədbirlərinin həyata keçirilməsi və xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə bilik və bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı sürətli və əsaslandırılmış qərarverməyə, pasiyent təhlükəsizliyinə, effektiv ünsiyyətə və multidissiplinar komanda ilə koordinasiyalı fəaliyyətə xüsusi diqqət yetirilir.
