
Protez-ortez və biomexanika *Fizioterapiya ixtisasına* aid ixtisaslaşmadır.
*Baza kafedrası:* Fizioterapiya və tibbi reabilitasiya kafedrası.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, biomexaniki təhlili, texniki və laborator tapşırıqları, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında təşkil olunur. Tədris zamanı ölçmə, layihələndirmə, material seçimi, protez və ortezlərin uyğunlaşdırılması, funksional nəticələrin qiymətləndirilməsi və multidissiplinar komanda ilə əməkdaşlıq bacarıqları inkişaf etdirilir.
