Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- dərinin və onun törəmələrinin quruluşu, funksiyaları və kosmetik qulluq baxımından xüsusiyyətləri;
- kosmetik məhsulların təsnifatı və tərkibinin əsaslandırılması;
- fəal komponentlər, təbii mənşəli maddələr və köməkçi komponentlərin xüsusiyyətləri;
- kremlərin, gellərin, losyonların, təmizləyici və digər kosmetik məhsulların hazırlanma texnologiyası;
- komponentlərin uyğunluğu və məhsulun fiziki-kimyəvi xüsusiyyətləri;
- kosmetik məhsulların keyfiyyət göstəriciləri və qiymətləndirmə üsulları;
- mikrobioloji keyfiyyət və konservləşdirmə prinsipləri;
- sabitlik, qablaşdırma ilə uyğunluq və saxlanma şəraiti;
- təhlükəsizliyin və məhsulun təsirinə dair iddiaların elmi əsaslarının qiymətləndirilməsi;
- istehsal gigiyenası, keyfiyyətə nəzarət və məhsul haqqında məlumatın təqdim edilməsi.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.