Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlıq aşağıdakı əsas istiqamətləri əhatə edir:
- dərman maddələrinin kimyəvi quruluşu və quruluş–fəallıq əlaqələri;
- dərman maddələrinin sintezi, təmizlənməsi və identifikasiyası;
- kimyəvi və instrumental analiz üsulları;
- farmakopeya tələbləri və dərman vasitələrinin standartlaşdırılması;
- dərman maddələrinin sabitliyinin qiymətləndirilməsi;
- analitik metodların validasiyası və nəticələrin sənədləşdirilməsi.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.