Heydər Əliyev
Bölmələrimiz
Təhsilin təşkili

İnfeksiyaların profilaktikası və nəzarət *İctimai səhiyyə ixtisasına* aid ixtisaslaşmadır.

*Baza kafedrası:* Epidemiologiya və biostatistika kafedrası.

Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, epidemioloji məlumatların və situasiyaların təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.

Praktiki hazırlıq müvafiq mütəxəssislərin rəhbərliyi altında təşkil olunur. Tədris zamanı epidemioloji müşahidə, risklərin qiymətləndirilməsi, profilaktik tədbirlərin planlaşdırılması və müxtəlif peşə sahələrinin nümayəndələri ilə əməkdaşlıq bacarıqları inkişaf etdirilir.