
Əczaçılıq menecmenti *Menecment ixtisasına* aid ixtisaslaşmadır.
Baza kafedrası: Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, situasiya tapşırıqlarının təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
Tədris zamanı əczaçılıq müəssisələrinin fəaliyyətinə dair nümunələr, iqtisadi hesablamalar və idarəetmə məsələləri əsasında magistrantların analitik düşünmə və qərarvermə bacarıqları inkişaf etdirilir.
