Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

İnfeksiyaların profilaktikası və nəzarət ixtisaslaşması infeksiyaların yaranması və yayılmasına təsir edən amillərin öyrənilməsi, yoluxma risklərinin qiymətləndirilməsi, profilaktik tədbirlərin planlaşdırılması və effektivliyinin təhlili istiqamətlərini əhatə edir. Hazırlıq zamanı səhiyyə xidməti ilə əlaqəli infeksiyaların qarşısının alınmasına xüsusi diqqət yetirilir.

Magistr hazırlığının məqsədi epidemioloji müşahidə, infeksiya risklərinin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan profilaktika və nəzarət tədbirlərinin hazırlanması, tətbiqinin izlənməsi və nəticələrinin qiymətləndirilməsi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.