
Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:
- menecmentin əsasları və səhiyyə sahəsində tətbiqi;
- səhiyyə sistemləri və səhiyyə xidmətlərinin təşkili;
- səhiyyə müəssisələrində strateji və əməliyyat planlaşdırılması;
- səhiyyə iqtisadiyyatı, maliyyələşdirmə və büdcə planlaşdırılması;
- insan resurslarının idarə olunması, liderlik və komanda işinin təşkili;
- xidmətlərə tələbatın və resurs ehtiyaclarının qiymətləndirilməsi;
- səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyinin idarə olunması;
- fəaliyyət göstəricilərinin seçilməsi, monitorinqi və təhlili;
- risklərin və təşkilati dəyişikliklərin idarə olunması;
- səhiyyə informasiya sistemləri və məlumatlara əsaslanan qərarvermə;
- idarəetmədə etik prinsiplər, məsuliyyət və maraqlı tərəflərlə kommunikasiya.
Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, məlumatların təhlili istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.
