Heydər Əliyev
Bölmələrimiz
Təcrübə və elmi fəaliyyət

Elmi fəaliyyət dərman formalarının tərkibinin və hazırlanma texnologiyasının işlənib hazırlanması, texnoloji parametrlərin məhsulun keyfiyyətinə təsirinin öyrənilməsi və optimal hazırlanma şəraitinin müəyyənləşdirilməsi istiqamətlərini əhatə edir.

Magistrantlar tədqiqat çərçivəsində dərman və köməkçi maddələrin seçilməsi, formulasiya variantlarının hazırlanması, texnoloji əməliyyatların aparılması, nümunələrin keyfiyyət və sabitlik göstəricilərinin qiymətləndirilməsi üzrə bacarıqlarını inkişaf etdirirlər. Tədqiqat nəticələri təhlil olunur, sənədləşdirilir və magistrlik dissertasiyasında təqdim edilir.

Təhsil proqramında elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi, eləcə də magistrlik dissertasiyasının hazırlanması nəzərdə tutulur. Tədqiqat mövzusu, elmi rəhbər və təcrübə bazası universitetin müvafiq qaydalarına uyğun müəyyənləşdirilir.