
Elmi fəaliyyət dərman bitki xammalının identifikasiyası, fitokimyəvi tərkibinin öyrənilməsi, bioloji fəal maddələrin analizi və keyfiyyət göstəricilərinin qiymətləndirilməsi istiqamətlərini əhatə edir.
Magistrantlar tədqiqat çərçivəsində xammalın hazırlanması, ekstraksiya şəraitinin seçilməsi, uyğun analiz üsullarının tətbiqi, nəticələrin təhlili və sənədləşdirilməsi üzrə bacarıqlarını inkişaf etdirirlər.
Təhsil proqramında elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsi, eləcə də magistrlik dissertasiyasının hazırlanması nəzərdə tutulur. Tədqiqat mövzusu, elmi rəhbər və təcrübə bazası universitetin müvafiq qaydalarına uyğun müəyyənləşdirilir.
