
Biokimya ixtisaslaşması canlı orqanizmlərin kimyəvi tərkibinin, biomolekulların quruluş və funksiyalarının, maddələr mübadiləsinin və onun tənzimlənmə mexanizmlərinin öyrənilməsini əhatə edir.
Magistr hazırlığının məqsədi bioloji proseslərin molekulyar əsaslarının araşdırılması, biokimyəvi tədqiqat üsullarının seçilməsi və tətbiqi, eksperimental məlumatların qiymətləndirilməsi və nəticələrin elmi şərhi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
