
Klinik əczaçılıq ixtisaslaşması dərman vasitələrinin pasiyent yönümlü, səmərəli və təhlükəsiz istifadəsinin elmi əsaslarının öyrənilməsinə yönəlir.
Magistr hazırlığının məqsədi dərman müalicəsinin qiymətləndirilməsi, dərman istifadəsi ilə bağlı problemlərin müəyyənləşdirilməsi, dərmanlar haqqında sübuta əsaslanan məlumatın təqdim edilməsi və səhiyyə komandası ilə əməkdaşlıq üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir.
