Heydər Əliyev
Bölmələrimiz
Tədrisin məzmunu

Hazırlığın əsas istiqamətləri aşağıdakılardır:

- dayaq-hərəkət sisteminin funksional anatomiyası və biomexanikası;
- hərəkətin kinematik və kinetik təhlili;
- qamət, tarazlıq, yeriş və yük paylanmasının qiymətləndirilməsi;
- protez və ortezlərin növləri, quruluşu və funksional təyinatı;
- amputasiya səviyyələri və qalıq ətrafın funksional xüsusiyyətləri;
- protezləşdirmədən əvvəl və sonra reabilitasiya prinsipləri;
- yuxarı və aşağı ətraf protezlərinin komponentləri və seçim meyarları;
- ətraf və onurğa ortezlərinin tətbiq istiqamətləri;
- fərdi ölçülərin götürülməsi, qəlibləmə və rəqəmsal ölçmə üsullarının əsasları;
- protez və ortezlərin hazırlanmasında istifadə olunan materialların xüsusiyyətləri;
- layihələndirmə, hazırlanma və yığılma texnologiyalarının əsasları;
- kompüter dəstəkli layihələndirmə və istehsal yanaşmaları;
- protez və ortezlərin uyğunlaşdırılması, düzləndirilməsi və funksional yoxlanması;
- dəri ilə təmas, təzyiq paylanması, rahatlıq və istifadə təhlükəsizliyi;
- protez və ortezlə hərəkət təlimi, istifadəçinin maarifləndirilməsi;
- funksional nəticələrin ölçülməsi və vasitənin yenidən uyğunlaşdırılması ehtiyacının qiymətləndirilməsi.

Ümumi elmi hazırlıq tədqiqat metodları, akademik yazı və etika, tədqiqat analitikası istiqamətlərini əhatə edir. Fənlərin tam siyahısı və kredit bölgüsü təsdiqlənmiş tədris planında göstərilir.