
Əmək sağlamlığı *İctimai səhiyyə ixtisasına* aid ixtisaslaşmadır.
Baza kafedrası: Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Magistr hazırlığı nəzəri tədrisi, praktiki məşğələləri, iş mühiti və əmək prosesinin təhlilini, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
Praktiki hazırlıq zamanı peşə risklərinin müəyyənləşdirilməsi, iş mühitinə dair məlumatların toplanması və qiymətləndirilməsi, profilaktik tədbirlərin planlaşdırılması və müxtəlif sahələrin mütəxəssisləri ilə əməkdaşlıq bacarıqları inkişaf etdirilir.
