Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Nevrologiyada fizioterapiya ixtisaslaşması sinir sistemi xəstəlikləri və zədələnmələri zamanı hərəkət və funksional imkanların qiymətləndirilməsi, bərpası və inkişaf etdirilməsi istiqamətlərini əhatə edir.

Magistr hazırlığının məqsədi nevroloji vəziyyətlərdə fizioterapevtik qiymətləndirmə, fərdi reabilitasiya məqsədlərinin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan müdaxilələrin seçilməsi və nəticələrin təhlili üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı şəxsin gündəlik fəaliyyətlərdə müstəqilliyinin və həyat keyfiyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilir.