
İxtisaslaşma *7009001 — Əczaçılıq* ixtisasına aiddir. Əyani təhsil forması üzrə normativ təhsil müddəti *2 il, təhsil proqramının ümumi həcmi **120 AKTS kreditidir*.
Tədris müvafiq qəbul ili üçün təsdiqlənmiş təhsil proqramı və tədris planı əsasında təşkil olunur. Hazırlıq nəzəri tədrisi, praktiki məşğələləri, elmi fəaliyyəti, təcrübələri və magistrlik dissertasiyasının hazırlanmasını əhatə edir.
