Heydər Əliyev
Bölmələrimiz
İxtisaslaşma haqqında

Tətbiqi ictimai səhiyyə ixtisaslaşması əhalinin sağlamlıq vəziyyətinin və ehtiyaclarının qiymətləndirilməsi, xəstəliklərin qarşısının alınması, sağlamlığın təşviqi və ictimai səhiyyə proqramlarının hazırlanması istiqamətlərini əhatə edir.

Magistr hazırlığının məqsədi əhali sağlamlığına dair məlumatların təhlili, prioritet problemlərin müəyyənləşdirilməsi, elmi sübutlara əsaslanan müdaxilələrin planlaşdırılması və nəticələrin qiymətləndirilməsi üzrə bilik və praktiki bacarıqları inkişaf etdirməkdir. Hazırlıq zamanı sağlamlığın sosial determinantlarına, sağlamlıq bərabərsizliyinin azaldılmasına və səhiyyə xidmətlərinin əlçatanlığına xüsusi diqqət yetirilir.